®Yelo Bank üçün sahibkarlığın, xüsusilə real sektorun inkişafına dəstək hər zaman prioritetdir. Bu məqsədlə Bank, Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində xüsusi güzəştli biznes krediti təklif edir.
Təsərrüfatını böyütmək istəyən sahibkarlar 10 milyon manatadək biznes kreditini illik cəmi 5% ilə Yelo Bank-dan əldə edə bilərlər. Kreditin maksimal müddəti 60 aydır. Bu krediti fərqləndirən əsas xüsusiyyət isə onun təmin etdiyi əlavə üstünlüklərdir: belə ki, kredit əldə etmiş sahibkarlara kredit müddətinin yarısınadək güzəşt müddəti də (maks. 12 ay) təqdim edilir.
Qeyd edək ki, Yelo Bank-ın ümumi kredit portfelinin mühüm qismini biznes kreditləri təşkil edir. Bank cari il ərzində böyük əksəriyyəti regionlar, xüsusilə də kənd təsərrüfatı olmaqla, real sektorun maliyyələşdirilməsinə dəstək göstərib. Bank və SİF arasında olan bu əməkdaşlıq iqtisadi artımın təşviqi və sahibkarlıq uğurları üçün əlverişli mühitin yaradılması istiqamətində mühüm addımdır. Yelo Bank bütün sahibkarları bu unikal fürsəti dəyərləndirməyə və biznes arzularını həyata keçirməyə dəvət edir.
Daha ətraflı: https://bit.ly/ylkdjnt
Bank xidmətləri, eləcə də SİF kreditləri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!