Xəbər verdiyimiz kimi, İlon Maska məxsus “Starlink” peyk yayımı Azərbaycanda da internet xidmətlərinin satışına başlayıb.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda “Starlink” qiymətləri Cənubi Qafqazda ən ucuzudur.
Ekspert “Starlink” peyk internetinin Azərbaycan üçün aktiv edilməsini yaxşı xəbər adlandırıb:
“Məni pozitiv mənada təəccübləndirən məsələ həm də qiymətlər oldu – ən azından Gürcüstan və Ermənistanla müqayisədə bizdə qiymətlər ucuzdur.
Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün “Starlink Mini Kit” və ya “Starlink Standard Kit” cihazlarından birini əldə etməlidirlər. Cihazların qiyməti müvafiq olaraq 340 və 670 manat, çatdırılması 50 manatdır. Xidmətin aylıq abunə haqqı isə 100 manat müəyyən edilib.
Gürcüstanda avadanlıq 1780 lari (1094 manat), çatdırılma 235 lari (145 manat), aylıq abunə haqqı isə 160 laridir (98 manat). Ermənistanda cihazın özü və çatdırılması 499 dollar (848 manat), aylıq abunə haqqı 99 dollardır (168 manat).
Ümid edirəm ki, bu yazıdan sonra Azərbaycanda qiymət artırmazlar.