21 C
Baku
Thursday, April 25, 2024

İlon Mask $300 milyard sərvətı olan ilk insan kimi tarixə düşdü

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask tarixdə sərvəti 300 milyard dollara çatan ilk şəxs olub.

“Forbes Real-Time”sa istinadən xəbərə görə, Maskın sərvəti tarixdə rekord məbləğə çatıb. “Tesla”nın qurucusunun sərvəti 7,4 milyard artsa da, hazırda onun sərvəti 6,1% artımla 298,7 milyard dollar qiymətləndirilir.

Maskın sərvəti ötən həftə “Tesla”nın səhmlərinin qiymətlərində davam edən artımla daha da artıb. Bazar ertəsi ticarət zamanı şirkətin qiymətli kağızlarının qiyməti rekord qıraraq 1 154,49 dollara çatıb.

“Tesla”nın səhmləri bazar ertəsi şirkətin “Hertz” ilə distribütor parkına 100 000 elektrik avtomobilinin tədarükü ilə bağlı razılaşma xəbərləri fonunda təxminən 13 % bahalaşıb. Eyni zamanda “Tesla”nın kapitallaşması 1 trilyon dolları ötüb.

“Forbes” oktyabrın 27-də Maskın bəşər tarixinin ən varlı adamı olduğunu açıqlayıb.

Bundan əvvəl “Amazon” şirkətinin qurucusu Ceff Bezosun sərvəti 212 milyard dollara çatanda o, tarixin ən zəngin adamı sayılırdı.

Qeyd edək ki, Amerikanın “Tesla Motors” şirkəti 2003-cü ildə elektrik avtomobilləri və onunla bağlı texnologiyaların istehsalçısı kimi təsis edilib.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər