15 C
Baku
Bazar, Oktyabr 24, 2021

İlon Mask ABŞ-dakı karantini tənqid edib: “Bu, faşizmdir”

“SpaceX” şirkətinin direktoru və baş mühəndisi İlon Mask, ABŞ-ın koronavirus pandemiyasının yayılması fonunda tətbiq etdiyi məhdudiyyətlərin insan hüquqlarını pozduğunu hesab edir.

Banker.az xəbər verir ki, sahibkar həmçinin ölkə rəhbərliyinin karantin rejimini pozanları həbs etmək niyyətini də tənqid edib.

“Bu, faşizmdir. Bu, qeyri-demokratikdir. Bu, azadlıq deyil. İnsanları lənətə gəlmiş azadlığa qaytarın”, – İlon Mask aprelin 29-da yazıb.
Bundan əlavə, sahibkar “Tesla” nın istehsalını davam etdirə bilməməsindən də şikayət edib. Onun fikrincə, hazırkı vəziyyət biznes üçün “ciddi riskdir”.

Xatırladaq ki, bu günə qədər ABŞ-da 1 milyondan çox yoluxma halı qeydə alınıb, onlardan 60 min nəfər dünyasını dəyişib.

Son xəbərlər
Oxşar xəbərlər