13 C
Baku
Friday, November 22, 2024

İlon Mask ABŞ Konstitusiyasına düzəlişlər etmək üçün petisiya imzalayanlara $1 mln. vəd edib

“Tesla” və “SpaceX”in qurucusu İlon Mask ABŞ-də prezident seçkilərinin keçiriləcəyi noyabrın 5-nə qədər hər gün ABŞ Konstitusiyasına birinci və ikinci düzəlişləri etmək üçün onlayn petisiya imzalayanlara 1 milyon dollar verəcəyini vəd edib. Bu barədə o, Pensilvaniyada Donald Trampa dəstək toplantısında deyib, daha sonra “X” sosial şəbəkəsində yazıb.

Banker.az xəbər verir ki, ABŞ-də səs verməyə görə kiməsə pul vermək cinayətdir. Bununla belə, petisiya imzalamaq üçün seçicilərə pul ödəmək qadağan deyil, “The New York Times” yazır.

“Forbes” ABŞ Federal Seçki Komissiyasının məlumatlarına istinadən bildirir ki, üçüncü rübdə Mask “America PAC” Komitəsinə 75 milyon dollar ianə edib. İş adamı bu müddət ərzində praktiki olaraq qurumun yeganə donoru olub.

“America PAC” Tramp kampaniyası ilə birbaşa əlaqəli deyil, lakin Kamala Harrisin üstünlüklərini kompensasiya etmək üçün fikrində qətiyyətli olmayan ştatlarında seçiciləri, xüsusən də gəncləri cəlb etmək səylərinin əvəzini ödəyir, “Bloomberg” yazır. “Forbes”in məlumatına görə, Trampı maliyyə cəhətdən ən azı 49 milyarder dəstəkləyir.

Son xəbərlər
Digər xəbərlər