14 C
Baku
Saturday, November 23, 2024

İlon Mask altı ay sonra beyin çiplərinin insanlar üzərində sınağına başlayır

Sahibkar İlon Mask çərşənbə günü, noyabrın 30-u bildirib ki, ona məxsus olan “Neuralink”  şirkəti yaxın altı ay ərzində kompüter və telefondan istifadə edən ilk insana çip implantasiya etməyi planlaşdırır.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Düşünürük ki, bəlkə də təxminən altı aydan sonra ilk çipi implantasiya edə biləcəyik”, – milyarder deyib.

Sahibkar əlavə olaraq qeyd edib ki, bunu həyata keçirmək üçün şirkət ABŞ-ın Qida və Dərman Keyfiyyətinə Nəzarət İdarəsindən icazə alacaq.

“Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən neyron interfeyslərin inkişafı və tam avtomatik rejimdə beyinə demək olar ki, qeyri-məhdud sayda elektrodların implantasiyasına imkan verən robotun yaradılması üzrə aparıcı mütəxəssislərin səylərini birləşdirmək üçün yaradılıb. Sahibkarın fikrincə, uzunmüddətli perspektivdə bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də düşüncə gücündən istifadə edərək kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.

2021-ci ilin fevral ayında “Nuralink” meymunlar üzərində sınaqlar keçirib. Şirkətin məlumatına görə, beyinə yeridilən çiplə əlaqə iPhone vasitəsilə həyata qurulur. Sözügedən təcrübə zamanı meymuna coystikin köməyi olmadan kursoru ekranda hərəkət etdirməyi öyrədilib.

Son xəbərlər
Digər xəbərlər