10 C
Baku
Saturday, November 23, 2024

İlon Mask ardıcıl ikinci dəfə ən pis CEO seçilib

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask ABŞ-da dəyərindən yüksək qiymətləndirilən CEO seçilib. “Fortune” jurnalının Amerika şirkətlərinin minlərlə top-menecerləri və analitikləri arasında keçirdiyi sorğuya əsasən, cənab Mask 399 səs toplayıb. Reytinqin ikinci pilləsində qərarlaşan “Disney” şirkətinin baş direktoru Bob Ayqer 97 səslə İlon Maska “qalib gəlib”.

Biznes nümayəndələrinin cənab Maskı tənqid etmələrinin səbəbləri arasında reklamverənlərin sosial şəbəkədən kütləvi şəkildə uzaqlaşmasına səbəb olan “Twitter”in düzgün idarə edilməməsi; artıq bir neçə dəfə təxirə salınmış Marsı koloniyalaşdırmaq cəhdləri; və 2026-cı ilə qədər təqdim ediləcək sürücüsüz “Tesla” avtomobilləri ilə bağlı vədlər yer alır.

Ardıcıl səkkizinci dəfə “Fortune” respondentləri “Microsoft”un CEO-su Satya Nadellanı dəyərindən aşağı qiymətləndirilən CEO adlandırıblar. Keçən il ərzində o, “OpenAI”a sərmayələri, Sem Altmanın işdən çıxarılmasından sonra eyni “OpenAI”da xaosun həlli və Avropa və Amerika tənzimləyicilərinin ilkin müqavimətinə baxmayaraq, “Activision Blizzard”ın satın alınması ilə bağlı müqavilənin bağlanması hesabına yüksək qiymət alıb.

Son xəbərlər
Digər xəbərlər