12 C
Baku
Monday, January 5, 2026

İlon Mask: “Beyin implantlarının kütləvi istehsalı başlayacaq”

Amerikalı milyarder İlon Maskın “Neuralink” şirkəti 2026-cı ildə düşüncə ilə idarə olunan cihazlar üçün beyin implantlarının kütləvi istehsalına başlayacaq.

İş adamı özü bu barədə “X” platformasında məlumat verib.

“Neuralink” 2026-cı ildə beyin-kompüter interfeysi cihazlarının genişmiqyaslı istehsalına başlayacaq və sadələşdirilmiş, demək olar ki, tam avtomatlaşdırılmış cərrahi prosedura keçəcək”, – Mask yazıb.

Qeyd edək ki, Maskın şirkəti beyin implantının insanlar üzərində klinik sınaqlarına 2024-cü ildə başlayıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər