“Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın sərvəti bir gündə 12.6 milyard ABŞ dolları azalıb.
Banker.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb kimi bu ilin birinci rübündə “Tesla”nın səhmlərinin 9.75 % aşağı düşməsi və “Starship” kosmik gəmisinin prototipinin partlaması göstərilib.
Qeyd edək ki, amerikalı sahibkarın sərvəti təxminən 164 milyard ABŞ dolları qiymətləndirilir.