“Tesla” şirkətinin rəhbəri İlon Maskın sərvəti 17 milyard dollar azalıb.
Bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Buna səbəb “Tesla”nın işçi qüvvəsinin 10%-ni ixtisar etməli olacağı xəbərləri fonunda səhmlərinin ucuzlaşmağı olub.
Məlumata görə, Nyu-York birjasında keçirilən ticarət sessiyası zamanı “Tesla” səhmləri 5%-dən çox ucuzlaşdığından İlon Mask 16,9 milyard dollar itirib. Buna baxmayaraq, Mask hələ də planetin ən varlı adamıdır. O, 216,8 milyard dollar sərvətə malikdir.