Amerikalı milyarder İlon Mask “ChatGPT”nin tərtibatçısı “OpenAI”a qarşı məhkəmə iddiası qaldırıb. İş adamı hesab edir ki, o, süni intellektin bəşəriyyətin rifahı üçün inkişaf etdirilməli olduğu bildirilən əsas şərti pozub.
Milyarderin iddiasında bildirilir ki, şirkət öz texnologiyasının mənbə kodunu açıq qoymağa məcbur olub. Mask əmindir ki, “Microsoft” ilə əməkdaşlığa başlayandan sonra onu gizlədərək korporasiyanın törəməsinə çevrilib.
“OpenAI Inc” – dünyanın ən böyük texnologiya şirkəti olan “Microsoft”un faktiki olaraq törəmə müəssisəsinə çevrilib. Məhkəmə iddiasında deyilir ki, yeni administrasiya altında o, təkcə inkişaf etmir, həm də bəşəriyyətin xeyri deyil, “Microsoft” üçün mənfəəti artırmaq üzrə çalışır, – mesajda deyilir.