9 C
Baku
Thursday, December 12, 2024

İlon Mask Çində “Baidu” ilə əməkdaşlıq üçün razılığa nail oldu

Amerikalı milyarder İlon Mak Çinə səfəri zamanı Çinin texnologiya şirkəti “Baidu” ilə əməkdaşlıq barədə razılığa gəlib. Agentliyin məlumatına görə, “Tesla” şirkəti “Baidu” ilə birlikdə FSD avtonom sürücülük proqramını həyata keçirmək üçün xəritəçəkmə və naviqasiya sistemlərini inkişaf etdirəcək.

“Bloomberg” qeyd edir ki, yeni razılaşmalar “Tesla”nın Çində gəlirlərinin azalmasının qarşısını almağa kömək edə bilər. “The Wall Street Journal” yazır ki, Çin rəsmiləri İlon Maskın şirkətinin ölkədə FSD-ni işə salmaq planını bəyəniblər.

Agentliyin bildirdiyi kimi, avtonom sürücülük və sürücüyə yardım sistemləri Çində getdikcə geniş yayılır. Bu fonda “Tesla” ölkədə sərt rəqabətlə üzləşib – Çin avtomobil bazarındakı payı 2023-cü ilin birinci rübündəki 10.5%-dən dördüncü rübdə 6.7%-ə düşüb..

Son xəbərlər
Digər xəbərlər