5 C
Baku
Bazar, Noyabr 28, 2021

İlon Mask daha 1.5 mlrd. dollarlıq “Tesla” səhmlərini satıb

“Tesla”nın sahibi İlon Mask şirkətdəki payını azaltmağa davam edir.

Banker.az xəbər verir ki, verilən məlumata görə, sahibkar daha 1.5 milyard dollarlıq səhm satıb.

ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasının (SEC) təqdim etdiyi sənədlərə əsasən, Mask 2.15 milyon qiymətli kağız alışını həyata keçirdikdən sonra noyabrın 23-də 934 min səhm satıb.

Noyabrın 8-də Mask sosial şəbəkədə sorğu keçirib və izləyicilərindən səhmləri satmaq əleyhinə və ya leyhinə səs verməyi xahiş edib. Qeyd edək ki, sorğuda iştirak edənlərin (3.5 milyon insan) 58%-i bu qərarı dəstəkləyib.

“Tesla” səhmləri noyabrın 8-dən bəri 9% ucuzlaşıb. Çərşənbə axşamı onların dəyəri daha 4.1% azalıb.

“The Wall Street Journal”un hesablamalarına görə, Mask “Tesla” səhmlərini satdığı üçün 3.5 milyard dollar vergi ödəməli olacaq. Ümumilikdə, səhmlərin ucuzlaşması milyarderə təxminən 480 milyon dollar qənaət edib.

Son xəbərlər
Oxşar xəbərlər
X