“Tesla”nın baş direktoru İlon Mask daha 934 091 səhm satıb. İş adamı bundan 930 milyon dollar qazanıb. Qeyd edək ki, bir gün qabaq “Tesla” qiymətli kağızları demək olar ki, 2% ucuzlaşaraq səhm başına 1013.39 dollara düşüb.
Banker.az xəbər verir ki, bunun fonunda şirkətin kapitallaşması 207 milyard dollar azalıb.
Cənab Mask “Tesla”dakı payını noyabr ayında satmağa başlayıb. Ötən həftə o, təxminən 2 milyon səhmini 2.5 milyard dollara satıb. Milyarder sosial şəbəkələrdə bildirib ki, bunu vergi borcunu ödəmək üçün edir.
Dünən, noyabrın 15-də milyarder “Tesla”nın daha çox səhmini satmağa hazır olduğunu açıqlayıb. Bundan əlavə, o, konqresmen Berni Sandersin ən varlı amerikalıları ədalətli vergiyə cəlb etmək çağırışına mənfi reaksiya göstərib. İlon Mask ABŞ-da “milyarderlər üçün vergi”nin tətbiqinə qarşı çıxıb.