12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

İlon Mask daha 973 mln. dollarlıq “Tesla” səhmlərini satıb

“Twitter”də keçirilən sorğudan sonra “Tesla”nın baş direktoru İlon Mask 8.8 milyard dollar dəyərində səhmlər satıb.

Banker.az xəbər verir ki, milyarder bu göstəricini 21 milyard dollara çatdırmağı planlaşdırır.

Xatırladaq ki, keçən həftə Mask 930 milyon dollar dəyərində səhmlər satıb və bundan 6.9 milyard dollar gəlir əldə edib. O, “Tesla”da 17%-dən çox (təxminən 200 milyard dollar) paya sahib olub. Sahibkarın 10%-lik payı 21 milyard dollar olaraq qiymətləndirilir.

İlon Mask səhmləri satmağa başlayandan sonra qiymətli kağızların qiyməti 16% düşüb. Noyabrın 16-sı səhmlər 4.53% bahalaşıb.

Sorğu ərəfəsində şirkətin ən böyük səhmdarları paylarını satmağa başlayıblar. Onlar arasında direktorlar şurasının sədri Robin Denholm və İlon Maskın qardaşı Kimbal Mask da var.

Son xəbərlər
Oxşar xəbərlər
X