15 C
Baku
Monday, April 21, 2025

İlon Mask DOGE-ni tərk edir

“The Washington Post” (WP) mənbələrə istinadən yazır ki, İlon Mask ABŞ Hökumətin Səmərəliliyi Departamentini (DOGE) tərk etməyi planlaşdırır. Federal agentliyin əməkdaşlarına artıq İlon Maskın komandasının tələblərinə məhəl qoymamaq icazəsi verilib.

Cənab Maskın ABŞ hökumətindəki vəzifəsindən nə vaxt istefa verəcəyi dəqiq məlum deyil. “WP” qeyd edir ki, onun dövlət qulluqçusu statusu mayın sonunda başa çatır. Nəşrin mənbələrinə görə, milyarder “solçuların hücumlarını dəf etməkdən yorulduğu üçün” istefa vermək qərarına gəlib.

Eyni zamanda, mənbənin sözlərinə görə, İlon Mask onun gedişinin DOGE-nin təsirini zəiflətməyəcəyinə inanır.

Son xəbərlər
Digər xəbərlər