12 C
Baku
Sunday, October 27, 2024

İlon Mask dünyanın ən varlı adamları sırasında artıq ikinci yerdədir

“Tesla”nın qurucusu və rəhbəri İlon Mask “Forbes Real-Time” reytinqinə görə, dünyanın ən varlı milyarderləri siyahısında hal-hazırda ikinci yerdədir.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Hesablamalara görə, çərşənbə axşamı Maskın sərvəti 1,6 milyard dollar artaraq 144,7 milyard dollara çatıb. Qeyd edək ki, dünyanın ən zəngin adamları sırasında birinci yerdə yenə “Amazon” şirkətinin direktoru Ceff Bezos dayanır. Onun sərvəti 185,4 milyard dollar dəyərində qiymətləndirilir.

İlon Mask “Tesla”da 21% paya sahib olduğundan, səhmlərin 1,3% bahalaşması onun mənfəətinə də təsir göstərib. Mütəxəssislərin fikrincə, bu artım “Tesla”nın yaxın gələcəkdə S&P 500 indeksinə daxil edilməsi xəbəri ilə əlaqəli olub.

Ümumilikdə, Maskın reytinqin ən yüksək pillələrinə doğru irəliləməsi olduqca sürətli baş verib: hələ mart ayında milyarderin sərvəti cəmi 24,6 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər