14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

İlon Mask dünyanın ən varlı adamları sırasında yenidən ilk üçlüyə daxil oldu

faizlere

“Tesla” və “SpaceX” şirkətlərinə rəhbərlik edən amerikalı sahibkar İlon Mask, dünyanın ən varlı adamları arasında “Facebook”un yaradıcısı Mark Çukerberqi qabaqlayaraq üçüncü yerə yüksəlib.

Banker.az bu barədə xəbər verir ki, “Bloomberg” agentliyinin verdiyi məlumata görə, bunun əsas səbəbi çərşənbə günü “Tesla” səhmlərinin 10% artması olmuşdur. Nəticədə, Maskın varidatı 10,2 milyard dollar yüksəlib. Hal-hazırda milyarderin sərvəti 120 milyard dollar dəyərində qiymətləndirilir.

Beləliklə, 49 yaşlı İlon Mask yalnız iki iş adamından geridə qalır – “Microsoft”un qurucusu Bill Qeyts (128 milyard dollar) və “Amazon”un təsisçisi Ceff Bezos (183 milyard dollar).

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər