27 C
Baku
Saturday, July 27, 2024

İlon Mask dünyanın ən varlı adamlarının ilk beşliyinə daxil oldu

“SpaceX” və “Tesla”nın rəhbəri İlon Mask dünyanın ən varlı adamlarının ilk beşliyinə daxil olub. Banker.az xəbər verir ki, “Forbes”un qiymətləndirmələrinə görə, hazırda sahibkarın sərvəti 74,2 milyard dollar təşkil edir.

Xatırladaq ki, 20 iyul tarixində keçirilən hərraclarda “Tesla” səhmləri 9,47% artaraq 1643 dollara yüksəlib. “Forbes” qeyd edir ki, ilin əvvəlindən bəri şirkətin səhmləri 300% bahalaşıb.

“Tesla”nın böyüməsi investorları çaşbaş qoydu. “Morgan Stanley” və İlon Mask özü səhmlərin “olduğundan daha yüksək qiymətləndirildiyini” dəfələrlə söyləmişdir.

Qeyd edək ki, Mask “Forbes” reytinqinə ilk dəfə 2012-ci ildə daxil olmuşdur. Həmin dövrdə onun sərvəti 2,4 milyard dollar təşkil edib.
“Bloomberg”in reytinqində sahibkar altıncı yeri tutur.

download 5

Son xəbərlər
Digər xəbərlər