27 C
Baku
Bazar, May 29, 2022

İlon Mask dünyanın ən varlı insanı statusunu itirdi

İlon Mask dünyanın ən varlı adamı statusunu itirib. Xatırladaq ki, daha əvvəl sahibkar sərvəti 200 milyard dollardan çox olan yeganə insan olub.

Banker.az xəbər verir ki, son dörd ayda iş adamı təxminən 140 milyard dollar itirib.

Qeyd olunur ki, həftənin əvvəlində Mask sərvəti 200 milyard dollardan çox olan yeganə insan olub. Lakin birjalardakı qlobal eniş “Tesla”nın səhmlərinin dörd gün dalbadal ucuzlaşması ilə nəticələnib.

Noyabr ayında “Tesla” səhmləri rekord həddə çatanda Maskın sərvəti 340.4 milyard dollar idi ki, bu da indikindən 140 milyard dollar çoxdur.

Bir vaxtlar sərvəti 200 milyard dollar həddini keçən başqa bir şəxs “Amazon”un həmtəsisçisi Ceff Bezosdur. Hazırda o, 169 milyard dollar sərvətlə dünyanın ikinci ən varlı adamı sayılır.

Son xəbərlər
Oxşar xəbərlər