26 C
Baku
Saturday, July 27, 2024

İlon Mask dünyanın ən varlı insanları reytinqində üçüncü sıraya düşüb

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, sahibkar İlon Mask dünyanın ən varlı adamları reytinqində üçüncü sıraya düşüb. Banker.az “TASS”a istinadən xəbər verir ki, bu, milyarderin sahib olduğu “Tesla” şirkətinin dəyərinin azalması fonunda baş verib.

Qiymətləndirmələrə görə, hal-hazırda İlon Maskın sərvəti 160.6 milyard dollar təşkil edir. Dünyanın ən varlı insanları reytinqində birinci yeri “Amazon”un qurucusu Ceff Bezos (190 milyard dollar), ikinci yeri isə “LVMH” şirkətlər qrupunun sahibi Bernar Arno (161.2 milyard dollar) tutur.

“Bloomberg”in qeyd etdiyi kimi, son iki ayda “Tesla”nın kapitallaşması demək olar ki, 20% azalıb. Bu, yarımkeçiricilər çatışmazlığı ilə əlaqəli olub. Mask ilk dəfə bu ilin yanvarında dünyanın ən varlı insanları reytinqində birinci olub. Belə ki, “Tesla” səhmləri 750% bahalaşıb və sahibkarın sərvəti 174 milyard dollara çatıb.

Fevral ayının sonunda Mask reytinqdə ikinci sıraya düşüb.

Son xəbərlər
Digər xəbərlər