17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

İlon Mask dünyanın ən varlı milyarderi statusunu itirib

Screen Shot 2021 09 02 at 14.34.20

“Tesla” və “SpaceX” qurucusu İlon Mask dünyanın ən varlı milyarderləri reytinqində liderlik mövqeyini itirib və yerini yenidən Ceff Bezosa verib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Real vaxt rejimində yenilənən “Forbes Real-Time”a görə, Amerika birjalarındakı hərraclar bitəndən sonra İlon Maskın sərvəti 175.7 milyard dollar dəyərində qiymətləndirilib. Buna baxmayaraq, bazar ertəsi günü milyarder 14 milyard dollar itirib.

Ceff Bezosun sərvəti 181.9 milyard dollar təşkil edib və 3.8 milyard və ya 2.06% azalıb.

Xatırladaq ki, İlon Mask yanvarın 8-də “Amazon”un qurucusu Ceff Bezosu keçərək dünyanın ən zəngin iş adamı olmuşdu. Daha sonra onun sərvəti 9 milyard dollar artaraq 186.5 milyard dollara çatmışdı.

Son bir ildə 2020-ci ilin martından bəri İlon Maskın sərvəti 160 milyard dollardan çox artıb. Həmin dövrdə onun sərvəti cəmi 24.6 milyard dollar təşkil edib. Lakin pandemiya zamanı milyarderin sahib olduğu “Tesla”nın səhmləri 720% artıb və şirkət S&P 500 indeksinə daxil edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər