İlon Mask: hamıya qarşı duraraq, müvəffəqiyyətə doğru irəliləmək

İlon Mask

2020-ci il yanvarın 6-da Tesla Amerikanın ən bahalı avtomobil istehsalçısına çevrildi – onun bazar kapitallaşması rekord 81,39 milyard dollara çatdı. Tesla digər amerikan avtomobil istehsalçılarını ötüb keçsə də, hər şeyin uğursuzluqlar, böhranlar, “hücumlar” və tənqidlərlə başladığını unutmaq olmaz. 

“Biz çox istəyirdik ki, Tesla maşınları hər kəsi dəli etsin”, – İlon Mask

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

2000-ci illərdə çoxları elektrik avtomobilləri çirkin, balaca və asta-asta hərəkət edən golf-car kimi təqdim edirdi. Ekspertlər deyirdilər: “Elektrik avtomobillər istehlakçılara hazır deyillər”. Və Tesla-nın 2008-ci ildəki ilk nəticələri təəssüf ki, bu məyusedici proqnozu təsdiqlədi: ilk elektrik avtomobilin qiyməti 55-140 min dollaradək yüksəldi. Heç kəs bu qədər pulu verməyə hazır deyildi, eyni zamanda şirkət bir sıra hücumlara məruz qalmağa başladı. 

“The Wall Street Journal-un verdiyi məlumata görə, Tesla-nın uğur qazanmaq şansı yoxdur”

“Tesla yeni texnologiya deyil, sadəcə yeni dizayn yaradıb”

“Bu avtomobil nəqliyyat vasitəsi deyil, axmaqlığı gizlədən pərdədir” 

“Heç vaxt düşünmürdüm ki, rəqiblərin hücumları bizi qıra bilər. Əksinə, biz özümü özümüzü qıra bilərik. Vəziyyəti nəzərə alsaq, bu real idi”, – İlon Mask. 

2008-ci il sentyabrın 15-də qiymətli kağızlar bazarı çökdü. İlk dəfə belə bir hadisə 11 sentyabr hadisəsindən sonra olmuşdur. 

“Başa düşürdüm ki, çox pis iqtisadi vəziyyətdəyik. 2008-ci il maşın istehsalı üçün tamamilə əlverişsiz bir dövr idi. Hətta General Motors belə iflas proseduruna başladı. Birdə gördük ki, cəmi bir neçə həftəlik pulumuz var, sağ qalmaq ehtimalımız təxminən 3-4% idi və biz seçim etməli idik: PayPal-dan qalan kapitalı Tesla-ya yatırmaq və ya Tesla-nın məhv olmasına icazə vermək. Qeyd edim ki, həmin dövrdə sport maşınlarına tələbat yox idi”. 

2008-ci ilin sonunda şirkətin gələcək planlarını müzakirə etmək üçün məclis iclası keçirildi. İlon Mask şirkətin fəaliyyətinə davam etməsi üçün şəxsi hesabından 40 milyon sərmayə qoymağa razı olduğunu bildirdi. 

“Mən problemləri 24/7 həll etməyə hazıram. Siz mənə baza günü gecə saat 3-də belə zəng edə bilərsiniz. Mənim üçün heç bir fərqli yoxdur”, – İlon Mask öz əməkdaşlarına deyir. 

Pul yatırımdan dərhal sonra şirkətin çox ehtiyac duyduğu xəbər gəldi. ABŞ administrasiyası Tesla-ya beş qapılı Tesla Model S elektrik avtomobilin kütləvi istehsalına 465 milyon dollar kredit verməyə razılıq verdi. Bir müddət sonra İlon Mask IPO keçirdi və beləliklə şirkət daha 226 milyon dollar cəlb etdi. 

Hücumlar davam edirdi:

“Lazım deyil sizə bu səhmlər, onları icarəyə götürməyə belə dəyməz”

“Tesla-nın səhmlərinə qoyulan sərmayə, çox güman ki, özünü doğrultmayacaq”

“Tesla texnologiya, proqram təminatı və enerji daşıyıcıları sahəsində heç bir üstünlüyə malik deyil. Onun ümumiyyətlə heç bir üstünlüyü yoxdur”

ABŞ-ın vergiödəyiciləri qarşısında olan borc müddətindən 9 il əvvəl ödənildi. Və təkcə əsas borc deyil, faizlər də. 

2020-ci il yanvarın 6-da Tesla-nın bazar kapitallaşması rekord səviyyəyə – 81,39 milyard dollara çatdı. Əvvəlki rekord Ford şirkətinə məxsusdur, 1999-cu ildə avtomobil istehsalçısı 80,8 milyard dollar dəyərində qiymətləndirilib. 

İlon Maskın şirkəti kapitallaşmasına görə dünyada üçüncüdür. 

– Bu uğursuzluqlardan sonra təslim olmaq haqqında düşündünüzmü? 

– Yox. 

– Niyə?

– Mən heç vaxt təslim olmayacağam. Yalnız ölsəm və ya əmək qabiliyyətimi tamamilə itirsəm. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları