6 C
Baku
Sunday, December 15, 2024

İlon Mask Hindistana investisiya ilə bağlı danışıqları dayandırıb

“Tesla Inc.” şirkəti yaxın gələcəkdə Hindistana sərmayə qoymağa başlayacağı barədə məlumat yaysa da, Amerika şirkətinin nümayəndələri Dehli rəsmiləri ilə danışıqların müvəqqəti olaraq dayandırıldığını bildiriblər.

Bundan əvvəl İlon Mask aprelin sonunda Hindistana planlaşdırdığı səfərini ləğv etmişdi. Yerli rəsmilər “Tesla”nın mövcud kapitalla bağlı bir sıra problemləri olduğunu etiraf ediblər. Bununla əlaqədar şirkət Hindistana yeni investisiyaları dayandırmağa qərar verib.

“Tesla”nın Hindistandakı biznes strategiyasındakı dəyişikliklərlə bağlı hesabatlar həyəcanvericidir. Belə ki, dünən şirkət dünya miqyasında satışların ardıcıl ikinci rübdə azalması barədə məlumat yayıb.

İlon Mask və Hindistanın Baş naziri Narendra Modi arasındakı dostluq əlaqələrinə baxmayaraq, milyarder bu ilin aprel ayından etibarən potensial Hindistan tərəfdaşlarının “radarından itib”. Yuxarıda qeyd edildiyi kimi, mümkün səbəblərdən biri “Tesla”nın müəyyən maliyyə çətinlikləridir ki, bu da xaricdə, o cümlədən Hindistan və Meksikada yeni zavodların tikintisinə sərmayə qoymağı çətinləşdirir.

Mütəxəssislər İlon Maskın bütün diqqəti “Tesla”nın Çindəki biznesini genişləndirməyə yönəltməsi barədə bildirirlər.

Son xəbərlər
Digər xəbərlər