13 C
Baku
Friday, November 22, 2024

İlon Mask ikinci dəfə ilin adamı seçilib

“Financial Times” qəzeti “Tesla” şirkətinin rəhbəri İlon Maskı “ilin adamı” elan edərək, onu elektrikli avtomobil sənayesinin transformasiyası istiqamətində gördüyü işlərə görə tərifləyib.

Banker.az xəbər verir ki, nəşrin redaktoru İlon Maskı avtomobil sənayesində inqilabçı adlandırıb.

“Uzun müddətdir ki, avtomobil sənayesinin digər istehsalçıları “Tesla”nı axmaq və fırıldaqçı adlandırırlar. Onlar deyirlər ki, elektromobillər heç vaxt uzun məsafə gedə bilməyəcək və biz bunu bacarsaq belə, onları heç kim almayacaq”, – deyə Mask söyləyib.

Mask hazırda dünyanın ən varlı adamıdır və onun sahib olduğu “Tesla” şirkətinin dəyəri təxminən 1 trilyon dollardır ki, bu da “Ford Motor” və “General Motors”un birgə dəyərini üstələyir.

ABŞ Senatındakı demokratlar milyarderlərin səhmlərinə və ticarət aktivlərinə vergi tətbiq etməyi tələb etdiyi üçün o, son bir neçə həftə ərzində təxminən 13 milyard dollar dəyərində “Tesla” səhmlərini satıb.

“2 saniyəlik gözünüzü açsanız, görəcəksiniz ki, bu il hər bir amerikalıdan çox vergi ödəyəcəyəm”, – deyə milyarder əlavə edib.

Xatırladaq ki, İlon Mask dekabrın 13-də “Time” jurnalında “ilin adamı” adlandırılıb. Nəşr sahibkarın kosmos sənayesindəki nailiyyətlərinə və həyat tərzinə vurğu edib.

Son xəbərlər
Digər xəbərlər