14 C
Baku
Saturday, November 23, 2024

İlon Mask insanların çiplənməsinin zəruriliyini izah edib

“Tesla” və “SpaceX”in qurucusu İlon Mask insanların çiplənməsinin zəruriliyini izah edib. Milyarderin sözlərinə görə, beyninə çiplərin yerləşdirilməsi əlilliyi olan insanlara kömək edə bilər.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Mask izah edib ki, yeni texnologiya onurğası zədələnmiş insanlara əvvəlki funksiyaların bərpasına kömək edəcək və iflic olan insanlara kompüter və smartfonlardan istifadə etməyə imkan verəcək. Sahibkarın qeyd etdiyi kimi, çiplər psixi pozğunluqları müalicə etmək üçün də istifadə edilə bilər.

“Uzun müddətdə beyin-kompüter interfeysinin inkişafı ilə bu texnologiya xarici dünya ilə insan beyni arasındakı əlaqə kanallarını genişləndirəcək, beynin digər sahələrinə və yeni sinir məlumatlarına çıxış əldə edəcək”, – İlon Mask deyir.

Milyarder İlon Mask tərəfindən qurulan, insan beyninə implantasiya etmək üçün çip üzərində işləyən “Neuralink” neyron interfeysi tərtibatçısı vençur kapitalı mərhələsində 205 milyon dollar toplayıb. Ona rusiyalı milyarder Yuri Milnerin keçmiş ortağı tərəfindən təsis edilmiş Dubay şirkəti “Vy Capital” rəhbərlik edib.

2021-ci ilin fevral ayında “Neuralink” yeni uğurlarını paylaşıb. Tədqiqatçılar meymunun beyninə uğurla çip yerləşdiriblər. Mask sınaqda iştirak edən heyvanı “dünyanın ən yaxşı meymun evində yaşayan xoşbəxt meymun” adlandırıb.

Son xəbərlər
Digər xəbərlər