3 C
Baku
Şənbə, Yanvar 22, 2022

İlon Mask: “İnsanların robotlarla əvəzlənməsi qaçılmazdır”

“Tesla Bot” robotları sivilizasiyanın çöküşünün qarşısını ala biləcək.

Banker.az xəbər verir ki, bunu tarixin ən varlı adamı İlon Mask dekabrın 8-də “Wall Street Journal” tədbirində çıxış edərkən bildirib.

Maskın çıxışı kifayət qədər nikbin olub və robot texnikasının istiqaməti də daxil olmaqla, geniş mövzuları əhatə edib. Milyarderin fikrincə, insanabənzər robotlar “Tesla Bot” əmək məhsuldarlığının artırılmasına kömək edəcək və sivilizasiyanın dağılmasına səbəb ola biləcək məhsuldarlığın aşağı düşməsini kompensasiya edəcək.

Mask bildirib ki, insanabənzər robotlar yaratmaq üçün yalnız yeni növ mexanizmlər hazırlamaq və proqram təminatını xüsusi tapşırıqlara uyğunlaşdırmaq lazımdır.

Şirkət rəhbəri iddia edir ki, “Tesla Bot” zamanla bir çox sahələrdə insan əməyini əvəz edə biləcək.

Son xəbərlər
Oxşar xəbərlər