13 C
Baku
Friday, November 22, 2024

İlon Mask işçilərinə qarşı qanunu pozduğu üçün məhkəməyə çıxacaq

“SpaceX” şirkətinin qurucusu İlon Mask onu tənqid edən əməkdaşlarını qanunsuz olaraq işdən çıxarmaqda ittiham olunur.

2022-ci ildə iş yerində müşahidə olunan problemlərlə əlaqədar olaraq İlon Maska açıq məktub yazan “SpaceX” şirkətinin 8 əməkdaşı işdən qovulduqları üçün məhkəməyə üz tutublar. Əməkdaşlar belə bir yazılı məktubu pis niyyətlə yazmadıqlarını deyiblər. Onlar iş yerində mövcud olan problemlərin aradan qaldırılması məqsədi ilə İlon Maskın ünvanına belə bir məktub yazdıqlarını bildiriblər.

 

Amerikanın Milli Əmək Münasibətləri Şurası İlon Maskı işçilərin hüquqlarını pozmaqda təqsirləndirib.

Qeyd edək ki, növbəti məhkəmə prosesi martin 5-ə təyin edilib. Məhkəmə əmək qanunvericiliyinin pozulduğunu təsdiqləyərsə, həmin işçilər yenidən işlərinə geri qaytarılacaq və işsiz qaldıqları aylara görə onların aylıq əmək haqqısı ödəniləcək.

Xatırladaq ki, İlon Mask bundan öncə də müxtəlif ittihamlarla məhkəməyə verilib.

Son xəbərlər
Digər xəbərlər