Amerikalı iş adamı İlon Mask bu gün, noyabrın 27-də şəxsi təyyarəsi ilə Təl-Əvivə uçub. Cənab Mask Baş nazir Benyamin Netanyahu, həmçinin İsrail prezidenti İsaak Hersoq və Hərbi Nazirlər Kabinetinin naziri Benni Qantzla görüşəcək.
Prezident Aparatının məlumatına görə, səfər çərçivəsində Qəzza zolağında saxlanılan girovların ailələrinin nümayəndələri ilə “onlayn antisemitizmin qarşısının alınmasının zəruriliyi” ilə bağlı “qapalı müzakirə” aparılacaq. “Bloomberg” aydınlaşdırır ki, İsrail hökuməti həmçinin cənab Maskla “Starlink” peyk rabitə şəbəkəsinin ordu tərəfindən istifadəsi ilə bağlı danışıqlar aparır. Oktyabr ayında iş adamı Qəzza zolağındakı yardım təşkilatlarını peyklərlə təmin edə biləcəyini söyləyib və bu, İsrail rəsmilərinin tənqidinə səbəb olub.
Noyabr ayında İlon Mask bir istifadəçinin yəhudi icmalarının ağdərililərə qarşı eyni nifrəti təbliğ etdiyinə dair rəyi ilə razılaşdığı üçün tənqidlə üzləşib. Bunun fonunda ən böyük reklamçılar iş adamına məxsus “X” sosial şəbəkəsi ilə əməkdaşlığı (“Apple “və “Walt Disney” şirkətləri) dayandırıb. Bundan sonra cənab Mask “X”in gəlirinin bir hissəsini İsrail və Qəzzaya humanitar yardım üçün istifadə edəcəyinə söz verib.