6 C
Baku
Friday, March 1, 2024

İlon Mask izləyicilərini “Facebook” dan imtina etməyə çağırdı

Milyarder İlon Mask #DeleteFacebook kampaniyasının tərəfdarlarını dəstəkləyərək, Mark Çukerbergin sosial şəbəkəsini bəyəndmədiyini bildirdi.

Banker.az “Forbes”ə istinadən xəbər verir ki, İlon Mask izləyicilərini “Facebook” dan imtina etməyə çağırır. Amerikan aktyor Saşa Baron Koen “Twitter” hesabında bu sosial şəbəkəni tənqid etmişdir:

“Biz bir insanın 2,5 milyard nəfərin su təchizatını idarə etməsinə icazə vermirik. Biz bir insanın 2,5 milyard nəfərin enerji təchizatını idarə etməsinə icazə vermirik. Bəs niyə bir insanın 2,5 milyard nəfərin məlumatlarını idarə etməyə icazə veririk? Facebook-a dövlət nəzarət etməlidir, imperator yox”, – Koen yazır.

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi aktyorun yazdığına belə reaksiya verib: “DeleteFacebook”.

Xatırladaq ki, 2018-ci ildə Mask “SpaceX” və “Tesla” nın” Facebook” dakı hesablarını sildi və bildirdi ki, onun bu sosial şəbəkədən xoşu gəlmir.

İlon Mask “Facebook” dan heç vaxt istifadə etmədiyini və istifadə etməyəcəyini bildirib.

“DeleteFacebook” hərəkatı 2018-ci ildə, İngiltərənin “Cambridge Analytica” şirkəti ilə qalmaqaldan sonra yaranıb. Şirkət “Facebook” un milyonlarla istifadəçinin məlumatlarını əldə etmişdir. Sosial şəbəkənin verdiyi məlumata görə, bundan təqribən 87 milyon nəfər zərər çəkib.

Son xəbərlər
Digər xəbərlər