19.2 C
Baku
Sunday, September 25, 2022

İlon Mask “Mançester Yunayted”i almağı planlaşdırdığına dair xəbəri təkzib edib

Amerikalı iş adamı İlon Mask çərşənbə günü İngiltərənin “Mançester Yunayted” futbol klubunu almağı planlaşdırdığına dair xəbəri təkzib edib. “Xeyr, bu, köhnə bir zarafatdır. Mən heç bir idman komandası almıram”, – deyə milyarder söyləyib.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl sahibkar yazmışdı: “Bundan əlavə, “Mançester Yunayted”i alıram, təşəkkürə ehtiyac yoxdur”. Beləliklə o, ABŞ-dakı daxili siyasi vəziyyətlə bağlı fikirlərini əks etdirən digər nəşrə münasibət bildirib.

Son xəbərlər
Oxşar xəbərlər