Amerikalı iş adamı İlon Mask çərşənbə günü İngiltərənin “Mançester Yunayted” futbol klubunu almağı planlaşdırdığına dair xəbəri təkzib edib. “Xeyr, bu, köhnə bir zarafatdır. Mən heç bir idman komandası almıram”, – deyə milyarder söyləyib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl sahibkar yazmışdı: “Bundan əlavə, “Mançester Yunayted”i alıram, təşəkkürə ehtiyac yoxdur”. Beləliklə o, ABŞ-dakı daxili siyasi vəziyyətlə bağlı fikirlərini əks etdirən digər nəşrə münasibət bildirib.