24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

İlon Mask öz kriptovalyutasını yaratmaq istəyir – Marscoin

Screen Shot 2021 09 02 at 14.34.20

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask öz kriptovalyutasını yaratmaq və onu Marscoin adlandırmaq təklifini dəstəkləyib.

Banker.az “RBK”ya istinaadən xəbər verir ki, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, fevralın 15-i Mask Dogecoin kriptovalyutasının tərəfdarı olduğunu bildirmişdir. “Əgər Dogecoin sahibləri kriptovalyutanın böyük hissəsini satmağa qərar versələr, mən onlara dəstək olacağam. Tək problem varsa, o da bu kriptovalyutanın yüksək konsentrasiyasıdır”, – deyə İlon Mask sosial şəbəkədə yazıb.

Bu paylaşımın altında istifadəçilərdən biri iş adamına öz kriptovalyutasını yaratmağı tövsiyə edib, məsələn, Eloncoin. Daha bir istifadəçi yeni kriptovalyutanı Marscoin adlandırmağı təklif edib və Mask bu təkliflə razılaşıb. “Bu, Marscoin olacaq!”, – deyə milyarder yazıb.

Qeyd edək ki, 2021-ci ilin fevral ayının əvvəllərində “Tesla” Bitcoin kriptovalyutasına 1.5 milyard dollar sərmayə qoyduğunu açıqlayıb. Elektrikli avtomobil istehsalçısı ödəniş şəklində kriptovalyuta qəbul edəcəyini bildirib. Bu xəbərdən sonra Bitcoin bir neçə dəfə tarixi rekordu yeniləyib. Hal-hazırda Bitcoin-in qiyməti 52 min dollar təşkil edir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər