19 C
Baku
Thursday, April 25, 2024

İlon Mask pulsuz təhsilə 5 mln. dollar bağışlayıb

“Tesla” və “SpaceX”in qurucusu İlon Mask qeyri-kommersiya təşkilatı olan “Khan Academy” məktəbinə 5 milyon dollar bağışlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu məktəbin aylıq auditoriyası 203- milyon nəfər təşkil edir.

Şirkətin qurucusu Salman Xan ianə üçün Maska təşəkkür edib. “Bu, bütün növ kontentin inkişafını sürətləndirməyə imkan verəcəkdir. İbtidai sinif şagirdləri üçün daha çox əyləncəli (nəzəriyyə) proqram və təcrübə məşqləri yaratmağımıza imkan verəcək”, – deyə Xan bildirib.

Xatırladaq ki, yanvar ayının əvvəlində mütəxəssislər İlon Maskı dünyanın ən varlı adamı kimi qəbul ediblər. Daha sonra o, ən zəngin milyarderlərin sıralamasında ikinci sıraya düşüb. Hal-hazırda “Bloomberg” İlon Maskın aktivlərini 179 milyard dollar dəyərində qiymətləndirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər