8 C
Baku
Wednesday, December 25, 2024

İlon Mask rekord $11 mlrd. vergi ödəyəcək

Elektrikli avtomobil istehsalçısı “Tesla Inc”in qurucusu və baş icraçı direktoru İlon Mask bu il 11 milyard dollar vergi ödəyəcəyini açıqlayıb.

Keçən həftənin əvvəlində ABŞ-ın Demokratlar Partiyasının üzvü Elizabet Uorren “Twitter”də Maskın vergi ödəməli və başqalarının hesabına yaşamağı dayandırmalı olduğunu yazıb.

Buna cavab olaraq Mask “bu il bütün amerikalılardan çox vergi ödəyəcəyini” deyib. Xatırladaq ki, İlon Mask hələ də planetin ən varlı adamı sayılır, onun sahib olduğu “Tesla” isə təxminən 1 trilyon dollar olaraq qiymətləndirilir.

Daha əvvəl milyarder şirkətinin səhmlərini satmağa başlayıb. Hesablamalara görə, indiyədək Mask 14 milyard dollarlıq səhm satıb. Sonuncu satış bir neçə gün əvvəl baş tutub və 884 milyon dollar təşkil edib.

Sosial şəbəkələrdə səhmlərin satışı ilə müşayiət olunan və Maskın təşəbbüsü ilə başlanan məlumat kampaniyası investorları ciddi şəkildə narahat edib, çünki bu açıqlama “Tesla”nın qiymətli kağızlarının dəyərinə mənfi təsir göstərib. İnvestorlardan biri məsələ ilə bağlı məhkəməyə müraciət edib.

Son xəbərlər
Digər xəbərlər