“Tesla” və “SpaceX” şirkətlərinin sahibi, amerikalı iş adamı İlon Mask iyunun 30-da Roma Papası Fransisk ilə görüşüb.
Bu barədə İ.Mask özünün “Twitter” səhifəsində yazıb.
“Bir gün əvvəl Roma Papası Fransisklə görüşmək mənim üçün böyük şərəf idi”, – deyə İ.Mask bildirib.
İş adamı görüşün təfərrüatları barədə məlumat verməyib.