18 C
Baku
Sunday, September 8, 2024

İlon Mask “SpaceX” və “X”in qərargahını Texasa köçürdüyünü açıqlayıb

Amerikalı milyarder İlon Mask “X” və “Space X” şirkətlərinin qərargahının Kaliforniyadan Texasa köçürüldüyünü açıqlayıb. Bunun səbəbi Kaliforniya ştatının özünü LGBT üzvü kimi təqdim edən məktəblilərin hüquqlarının müdafiəsi haqqında qanun qəbul etməsi olub.

“Bu, stəkanın daşmasına gətirib çıxaran son damla idi. Ailələri və şirkətləri hədəf alan bu və ondan əvvəlki bir çox digər qanunlara görə, “Space X” öz qərargahını Kaliforniyanın Hotorn şəhərindən Texasdakı “Starbase”ə köçürəcək”, – Mask yazıb.

“WSJ” qeyd edir ki, İlon Mask yeni qanunun qəbulundan əvvəl də şirkətlərinin baş ofisini köçürməyi planlaşdırırdı. Qəzet onu da yazır ki, “Space X” uzun müddətdir Texasda mövcuddur və bu ştatda genişlənmək üçün addımlar atır.

Son xəbərlər
Digər xəbərlər