5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

İlon Mask “SpaceX”in iflası barədə xəbərdarlıq edib

İlon Mask sahib olduğu “SpaceX” şirkətinin “Raptor” mühərrikinin istehsalı ilə əlaqəli problemlər səbəbindən “real iflas riski” ilə üzləşə biləcəyini bildirib. Qeyd edək ki, maye metan və oksigenlə işləyən bu mühərrik şirkətin “Starship” kosmik gəmisində istifadə olunur.

Banker.az xəbər verir ki, “Raptor mühərriklərinin istehsalı ilə bağlı böhran bir neçə həftə əvvəl göründüyündən daha pisdir. Keçmiş rəhbərliyin gedişindən sonra yaranan problemlərlə məşğul olmağa başlayanda məlum oldu ki, hər şey olduğundan qat-qat çətindir. Uzun müddətdən sonra ilk dəfə həftəsonu istirahət edəcəkdim, amma bunun yerinə Raptor problemi ilə məşğul olacağam”, – deyə milyarder qeyd edib.

“Starship” – Ay və Marsa uçmaq üçün hazırlanmış təkrar istifadə oluna bilən kosmik gəmidir. Hal-hazırda “SpaceX” Cənubi Texasdakı obyektlərdə prototipini sınaqdan keçirir. O, bir neçə qısa uçuş həyata keçirsə də, orbital buraxılış üçün 39 “Raptor” mühərriki tələb olunur.

“SpaceX” son bir neçə ildə həm “Starship”, həm də “Starlink” peyk internet layihəsini maliyyələşdirmək üçün milyardlarla dollar investisiya cəlb edib. Oktyabrda şirkətin bazar dəyəri 100 milyard dollara çatıb.

“SpaceX” “Starlink” peykləri ilə birlikdə “Falcon 9” raketlərini buraxıb, lakin İlon Mask vurğulayır ki, onlar ikinci nəsil peykləri effektiv şəkildə yerləşdirmək üçün tələb olunan kütlə və həcmə malik deyil. Bu o deməkdir ki, “Raptor”un uğuru “Starlink”in uzunmüddətli maliyyə sabitliyi üçün çox vacibdir.

Son xəbərlər
Oxşar xəbərlər