5 C
Baku
Saturday, December 14, 2024

İlon Mask “Starlink”in sistemini qırana 25 min dollar verəcək

Milyarder İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti “Starlink” peyk internet sistemini sındıran hakerlərə pul ödəyəcəyinə söz verib.

Səhvlər və boşluqlar aşkar edən mütəxəssislər 25 min ABŞ dolları alacaqlar.

Bildirilir ki, şirkət bununla təhlükəsizlik üzrə tədqiqatçı Lennert Voutersin cəmi 25 dollara başa gələn və evdə hazırlanmış cihazdan istifadə edərək “Starlink”i necə sındırmağı bacardığını izah edən açıqlamasına cavab verib.

“Starlink” təhlükəsizlik sahəsindəki tədqiqatçıları salamlayır” adlı altı səhifəlik hesabatında “SpaceX” Voutersi sistemi sındırması münasibətilə təbrik edib. “Biz hücumu texniki cəhətdən heyrətamiz hesab edirik və bu, bildiyimiz ilk belə hücumdur”, – “SpaceX”in sənədində deyilir.

Şirkətdən qeyd olunub ki, onların öz mühəndisləri də daim “Starlink”i daha təhlükəsiz etmək üçün onu sındırmağa çalışırlar. “SpaceX” digər mütəxəssislər də səhvlərin axtarışına töhfə verməyə dəvət edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər