Amerikalı milyarder, “Tesla”, “Twitter” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask süni intellekt sahəsində tədqiqatlarla məşğul olacaq “X. AI” adlı şirkət yaradıb.
Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Bildirilir ki, Mask məşhur “ChatGPT”ni yaradan “OpenAI” şirkəti ilə rəqabət aparan süni intellekt startapı işə salmaq istəyir.
Mənbələr deyir ki, o, “OpenAI” şirkətidə işləyən şəxsləri öz şirkətinə cəlb etmək istəyir.
“Financial Times” qəzeti isə yazır ki, Maska məxsus “Tesla” və “Twitter” hazırda süni intellekt sahəsində mütəxəssislərdən ibarət komanda toplayır.