11 C
Baku
Saturday, November 16, 2024

İlon Mask: “Süni zəka ilə ayaqlaşmağın yeganə yolu insanların çipləşdirilməsidir”

İlon Mask tərəfindən 2016-cı ildə qurulan və beyin-kompüter interfeysi yaratmaq üzərində çalışan “Neuralink” şirkətinin texnologiyası demək olar ki, insanlar üzərində istifadəyə hazırdır.

Banker.az xəbər verir ki, bu barədə sahibkar özü bir gün əvvəl ABŞ-da ən populyar podkastlardan birinin müəllifi Co Regana verdiyi müsahibəsində bildirib.

“Tesla”, “SpaceX” və “Neuralink” şirkətlərinin qurucusunun sözlərinə görə, gələn il ərzində kommunikasiya cihazı ilə işləyən çip-implant ilk dəfə olaraq insan beyninə quraşdırılacaq. “Neuralink” in əsas vəzifəsi xəstənin beyin zədələri ilə əlaqəli olan problemləri müalicə etmək olacaq.

İlon Maskın qeyd etdiyi kimi, “hələ çox iş var”, lakin şirkət mütəxəssislərinin gələn il ərzində cihazı insan beyninə implantasiya etmək və mənfi yan təsirləri olmadan itirilmiş bədən funksiyalarını bərpa etmək üçün istifadə etmək şansına sahib olduğuna inanır.

“Neuralink” sistemi nəzəri olaraq görmə, eşitmə və ya hərəkət funksiyalarını bərpa etmək, həmçinin beyinə təsir edən xəstəlikləri müalicə etmək məqsədi ilə istifadə edilə bilər. “Prinsipcə, bu, hər hansı bir beyin problemini həll edə bilər”, – İlon Mask söyləyir.

Sahibkar gələcəkdə “Neuralink” sistemi əsasında insanın və süni intellektin simbiozunu mümkün edən tam hüquqlu beyin-kompüter interfeysini inkişaf etdirə biləcəyinə ümid edir. Maskın dediyinə görə, bu interfeys bəşəriyyətə süni intellektlə ayaqlaşması üçün yeganə şansdır. Belə bir interfeys artıq mövcuddur, lakin hissiyyat orqanları vasitəsilə istifadəsi ləngdir və demək olar ki, səmərəsizdir.

Son xəbərlər
Digər xəbərlər