9 C
Baku
Thursday, December 12, 2024

İlon Mask: “Süni zəkanın potensialı nüvə silahından təhlükəlidir”

Milyarder İlon Mask israr edir ki, süni zəka tənzimlənməlidir – hətta “Tesla” da belə. Biznesmen bu texnologiyanın mənfi potensialı haqqında dəfələrlə danışıb və hətta nüvə silahı ilə müqayisə edib.

Süni zəkanın inkişafı ilə əlaqəli olan şirkətlər tənzimlənmə mexanizminə ehtiyac duyurlar. Banker.az xəbər verir ki, bunu İlon Mask öz “Twitter” hesabında, “MIT Technology Review” jurnalının “OpenAI” şirkətinə həsr etdiyi məqaləyə cavab olaraq deyib.

Nəşrin mövqeyinə görə, həmtəsisçisi Mask olan şirkətlər əsas missiyadan uzaqlaşırlar – təhlükəsiz süni zəkanın inkişaf etdirilməsi. Bunun yerinə, “OpenAI” bütün diqqətini öz imicinə yönəldərək, daha çox pul qazanmağa can atır.

Xatırladaq ki, sahibkar bu mövzunu hələ 2014-cü ildə müzakirəyə çıxarmışdır. Həmin ildə İlon Mask yazmışdır: “Potensial olaraq süni zəka nüvə silahından təhlükəlidir. Siz yəqin ki, əlində pentoqramm və müqəddəs su vasitəsilə bəd qüvvələri idarə edə biləcəyinə inanan qəhrəmanlar haqqında hamınız eşitmisiniz. Lakin reallıqda bu işləmir”.

2018-ci ildə milyarder “OpenAI” dan çıxaraq, maşın öyrənməsi texnologiyası ilə əlaqədar yaranmış konfliktdən qaçdı.

Son xəbərlər
Digər xəbərlər