Bu il İlon Mask “Tesla Pi” mobil cihazını təqdim edəcək. “Tesla”nın smartfonunun bütün rəqibləri bir neçə addım geridə qoyacağı gözlənilir.
Yeni qadjetin bəzi xüsusiyyətləri artıq məlumdur. Qurğu günəş batareyası sayəsində 30 dəqiqə ərzində 20% yüklənəcək. Bazarda olan smartfonların heç birində bu xüsusiyyət yoxdur.
Eyni zamanda “Tesla Pi” yeni nəsil “Snapdragon 898” prosessoru, 108 Mp kamera və 1 TB yaddaşla təchiz olunacaq. Onun vasitəsilə “Tesla” avtomobilinin bəzi funksiyalarını da idarə etmək mümkün olacaq: qapıları açıb-bağlamaq, multimediadan istifadə etmək.