16 C
Baku
Thursday, April 25, 2024

İlon Mask: “Tesla” yarım trilyonluq şirkət olacaq

ABŞ-ın elektrik mühərrikli avtomobil istehsalçısı “Tesla”nın CEO-su İlon Mask, üzərində çalışdıqları “sürücüsüz nəqliyyat vasitəsi” texnologiyasının şirkətin bazar dəyərini yarım trilyon dollara (500 milyard dollara) yüksəldəcəyini deyib.

“Tesla”nın səhmləri dünənki əməliyyatlarda 5% yüksəlib. Bu isə İlon Mask da daxil olmaqla, investorlardan 2 milyard dollarlıq investisiya toplama planının açıqlamasından sonra baş verib.

“Citibank” və “Goldman Sachs” tərəfindən təşkil edilən investor görüşündə Musk deyib ki, elektrik mühərrikli nəqliyyat vasitəsi, günəş enerjisi, enerji sahəsində apardıqları araşdırmalar “Tesla”nın dəyərinin əsas sütununu təşkil edir: “Əgər sürücüsüz nəqliyyat texnologiyası üzərində işlər yekunlaşarsa, bu halda “Tesla” 500 milyard dollarlıq şirkətə çevriləcək”.

İnvestor görüşündə “Tesla”nın maliyyə direktoru Zakari Kirkhorn isə deyib ki, ikincü rübdə 90-100 min nəqliyyat vasitəsini çatdırmağı nəzərdə tutublar: “İlin sonu üçün isə hədəf 360-400 min nəqliyyat vasitəsidir”.

©Facemark.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər