Amerikalı sahibkar İlon Mask yaxın üç ay ərzində “Tesla” işçilərinin 10%-ni ixtisar etməyə planlaşdırdığını açıqlayıb, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Bildirilir ki, şirkət işçilərin üçdə iksinin saatlıq, üçdə birinin isə aylıq maaş alacağı yeni bir model üzrə fəaliyyət göstərməyi planlaşdırır.
Daha əvvəl milyarder ABŞ iqtisadiyyatı ilə bağlı çox pis hisslər keçirdiyini deyib və işçilərin təxminən 10%-ni ixtisar etmək barədə xəbərdarlıq edib. May ayının ortalarında Mayamidə keçirilən texnoloji All-in Summit konfransında danışan Mask, ABŞ iqtisadiyyatının tənəzzüldə olduğunu və bundan bir ildən tez çıxmayacağını söylədi.