İlon Mask ABŞ prezidenti Donald Trampın administrasiyasında xüsusi dövlət işçisi vəzifəsini tərk etdiyini açıqlayıb. Milyarder bu barədə “X” sosial şəbəkəsində yazıb: “Xüsusi dövlət işçisi kimi vəzifəmi başa vurduğumla əlaqədar, mənə təqdim edilən dövlət xərclərini azaltmaq imkanlarına görə prezident Donald Trampa təşəkkür etmək istəyirəm”.
ABŞ qanunvericiliyinə görə, Maskın yanvarın 20-də aldığı müvəqqəti dövlət işçisi statusu mayın 30-da başa çatmalı idi. Lakin dəqiq tarix onun işlədiyi günlərin sayından asılı olaraq dəyişə bilər.
Mask Tramp administrasiyasının hökumət xərclərini azaltmaq üçün yaradılmış Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edib. “Associated Press”in qeyd etdiyi kimi, sahibkar xərcləri 2 trilyon dollardan 1,15 trilyon dollara qədər azalda bilib.