Amerikalı sahibkar İlon Mask ABŞ-nin keçmiş prezidenti Donald Trampa dəstək məqsədilə “America PAC” komitəsinə daha 43 milyon dollar ayırıb və bununla da töhfəni 118 milyon dollara çatdırıb.
Xatırladaq ki, daha əvvəl İlon Mask Donald Trampın seçki kampaniyasına 75 milyon dollar bağışlayıb.
“America PAC” Tramp kampaniyası ilə birbaşa əlaqəli deyil, lakin Kamala Harrisin üstünlüyünü kompensasiya etmək üçün fikrində qətiyyətli olmayan ştatlarında seçiciləri, xüsusən də gəncləri seçkiyə cəlb edir, “Bloomberg” yazır. “Forbes”in məlumatına görə, Trampı maliyyə cəhətdən ən azı 49 milyarder dəstəkləyir.