“Tesla” şirkətinin icraçı direktoru İlon Mask, ABŞ prezidenti Donald Trampın koronavirus pandemiyası nəticəsində zərər çəkmiş neft şirkətlərinə yardım etmək ideyasını tənqid edib.
Banker.az xəbər verir ki, sahibkar öz mövqeyini izləyicilərindən birinin verdiyi suala cavab olaraq “Twitter” hesabında açıqlayıb.
“Bəli, indi pul xərcləmək vaxtı deyil”, – İlon Mask söyləyir.
“Business Insider” in qeyd etdiyi kimi, Maskın bu rəyi Trampın neftçilərə maddi yardım etmək ideyasını açıqlamasından sonra ortaya çıxıb. Bildirilir ki, Mask Trampa Amerika iqtisadiyyatının bərpası yolları ilə bağlı məsləhət verən insanların siyahısına daxil ediləcək.
İlon Maskdan başqa bu siyahıya “Apple” in CEO-su Tim Kuk, “JP Morgan” nın CEO-su Ceymi Daymon və milyarder Mark Kyuban daxildir.