İş adamı İlon Mask ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyasını dəstəkləyən “America PAC” komitəsinə 75 milyon dollar sərmayə qoyub. Komitənin hesabatına görə, “SpaceX”in təsisçisi iyulun 3-dən sentyabrın 5-dək təşkilatın yeganə donoru olub.
“Bloomberg”in məlumatına görə, “Amerika PAC” mövqeyində dayanıqlı olmayan ştatlarda seçiciləri cəlb etmək üçün Trampın kampaniyasını maliyyələşdirir, həmçinin seçki reklamına vəsait ayırır.
“America PAC” may ayında İlon Mask tərəfindən yaradılıb. KİV-in məlumatına görə, işə yüzlərlə işçi cəlb olunub. Təşkilat rəsmi olaraq Donald Trampın seçki qərargahı ilə əlaqəli deyil. Onun əsas məqsədi qərarsız qalan ştatlarda respublikaçılara dəstəyi artırmaqdır. Oktyabrın 6-da bu ştatda Donald Tramp tərəfdarlarının seçkiqabağı mitinqi keçirilib, harada ki İlon Mask çıxış edib.