13 C
Baku
Wednesday, November 29, 2023

İlon Mask tviterin loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb

Tviter sahibi İlon Mask sosial şəbəkənin loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb.

Bu barədə o, tviter sosial səhifəsində məlumat verib.

“Tezliklə biz tviter brendi ilə və tədricən bütün quşlarla vidalaşacağıq”, – Mask öz səhifəsində yazıb.

O, həmçinin tviter üçün mümkün gələcək dizaynı dərc edib. Bu, qara fonda X hərfini təmsil edir. Lakin rebrendinqin son variantı hələ razılaşdırılmayıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 7-də İ.Mask tviteri almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.

Son xəbərlər
Digər xəbərlər
X